Dövlət Ekoloji Ekspertiza Agentliyi internat məktəbində uşaqlara Həmrəylik Günü və Yeni il bayramı şənliyi keçirib - FOTO
Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.
Ekologiya.az bildirir ki, şənlikdə internat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya, rəqslər və səhnəciklər nümayiş etdirilib. Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnılar səsləndiriblər.
Tədbir maraqlı və əyləncəli konsert proqramı ilə davam edib. Sonda internat məktəbinin şagirdlərinə Agentliyin əməkdaşları tərəfindən hədiyyələr verilib.