• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərində ilin sonunadək tikiləcək evlərin sayı açıqlanıb

    07

    mar

    Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərində ilin sonunadək tikiləcək evlərin sayı açıqlanıb

    İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da quruculuq işləri geniş vüsət alıb. Ağdam şəhəri ilə yanaşı, rayonun Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərinin tikintisi həyata keçirilir.


    AZƏRTAC-ın bölgə müxbiri Kəngərli kəndinə gedərək, inşaat işləri ilə tanış olub.


    “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin mətbuat katibi Leyla Sarabi bildirib ki, Xıdırlıda 719, Sarıcalıda 203, Kəngərlidə isə 292 evin tikintisinin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Kəngərli kəndində evlərin əksəriyyətində hörgü işləri tamamlanıb, hazırda dam örtüyünün vurulması və evlərin daxilində suvaq işləri davam edir. Tikintidə Ağdamın Şahbulaq yatağında istehsal olunan mişar daşlarından istifadə edilir. Hər bir evin damında Günəş paneli quraşdırılacaq, alternativ enerji mənbələrindən istifadə olunacaq. Yaxın zamanlarda məktəb, uşaq bağçası, rabitə qovşağı, tibb məntəqəsi, klub icma mərkəzi, inzibati mərkəzin tikintisinə başlanılacaq. Bu işlərin, həmçinin mərkəzi kommunikasiya sisteminin və yol infrastrukturunun da inşasının bu ilin sonunadək tamamlanması nəzərdə tutulur.

    Qeyd edək ki, Ağdam rayonunda ilkin mərhələdə 1 şəhər və 12 kəndin bərpası nəzərdə tutulur. Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində 2024-cü ilin sonunadək işlərin birinci mərhələsinin yekunlaşdırılması planlaşdırılır.

    Tarix : 7-03-2024, 10:07 | Oxunub: 1 227