• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

    07

    mar

    Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

    Baş Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.


    İdarədən Ekologiya.az-a bildiriblər ki, müraciətdə deyilir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.


    Dumanlı havanın digər hərəkət iştirakçılarını və nizamlama vasitələrini vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.


    Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edirik”.

    Tarix : 7-03-2024, 14:55 | Oxunub: 198