• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yol polisindən hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

    14

    mar

    Yol polisindən hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

    DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

    BDYPİ-dən Ekologiya.az-a verilən xəbərə görə, müraciətdə deyilir:

    "Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, xüsusilə gecə və səhər saatlarında dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir, bu da sürücülər üçün bir sıra çətinliklər yarada bilər.


    Qatı duman digər hərəkət iştirakçılarının, habelə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, daha çox ara məsafəsi saxlamaq, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur".

    Tarix : 14-03-2024, 17:31 | Oxunub: 2 543