• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şuşa, Laçın, Zəngilan, Ağdərə və Füzulidə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək

    07

    mar

    Şuşa, Laçın, Zəngilan, Ağdərə və Füzulidə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək

    Bu prezident seçkilərində xaricdə səs verən vətəndaşlarımızın sayı əvvəlki seçkilərlə müqayisədə iki dəfə çox olub.

    Trend-in xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov deyib.

    M.Pənahov vurğulayıb ki, MSK və Xarici İşlər Nazirliyi seçkilər zamanı səmərəli əməkdaşlıq etdi.

    O bildirib ki, bu, bizim üçün tarixi seçki idi. “Çünki birinci dəfə beynəlxalq səviyyədə ölkənin tanınan bütün ərazilərində keçirilirdi.

    Qarşıdan gələn bələdiyyə seçkilərində Şuşa, Laçın, Zəngilanın Ağalı kəndi, Ağdərə və Füzulidə azad edilmiş ərazilərdə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək. Həmin vaxta qədər də o yerlərə insanlar köçürüləcək. Bizim üçün əsas məsələ seçki komissiyalarının bu prosesə hazır olmasıdır”, - deyə o əlavə edib.

    Tarix : 7-03-2024, 16:06 | Oxunub: 90