• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azad edilmiş ərazilərdə 8 yeni seçki məntəqəsi yaradılacaq

    09

    iyl

    Azad edilmiş ərazilərdə 8 yeni seçki məntəqəsi yaradılacaq

    İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri formalaşdırılıb.

    Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 9-da keçirilən iclasında müzakirə aparılıb.

    MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, azad olunmuş ərazilərdə 8 əlavə seçki məntəqəsinin yaradılması qərara alınıb.

    “Beləliklə, parlament seçkilərində 34 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək. Azad olunmuş ərazilərdə müvəqqəti seçki məntəqələri də yaradılacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək” - R. Qasımov vurğulayıb.

    Xatırladaq ki, azad edilmiş ərazilərdə prezident seçkilərində 26 daimi, 21 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərmişdi. (Report)

    Tarix : 9-07-2024, 19:53 | Oxunub: 1 800