• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Muxtar Babayev BƏƏ-nin icma inkişafı naziri ilə COP29-a hazırlığı müzakirə edib

    08

    mar

    Muxtar Babayev BƏƏ-nin icma inkişafı naziri ilə COP29-a hazırlığı müzakirə edib

    Azərbaycanda səfərdə olan COP28-in "Gənc İqlim Çempionu", Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) icma inkişafı naziri Şarma Al Mazrui ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin görüşü olub.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, görüş zamanı Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

    COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova da görüşdə iştirak edib. Ekologiya.az

    Tarix : 8-03-2024, 15:06 | Oxunub: 99