• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ötən gün təhvil alınan və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

    15

    apr

    Ötən gün təhvil alınan və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

    Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.


    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a bildirilib ki, aprelin 13-də və 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tapança, 2 qumbara, 10 tüfəng, 2 patron darağı və 586 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

    Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.

    Tarix : 15-04-2024, 15:56 | Oxunub: 1 568