• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İctimai iaşə obyektlərinin sahiblərinə çağrış

    30

    mar

    İctimai iaşə obyektlərinin sahiblərinə çağrış

    Dövlət Ekologiya Təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən respublika ərazisində fəaliyyət göstərən restoran və ictimai-məişət obyektlərində aparılan yoxlama zamanı normadan artıq tullantıların havaya atıldığı müəyyən edilib.

    Ekologiya.az-ın xəbərinə görə, bu barədə xidmət rəisi Hikmət Əlizadə bildirib ki, bir sıra ictimai iaşə obyektlərində təmizləyici qurğular quraşdırılsa da, vaxtaşırı texniki xidmət aparılmır, filtrlər dəyişdirilmir, buna görə də havaya həddindən artıq tullantılar atılır.

    “Restoran və ictimai obyekt sahiblərini fürsətdən istifadə edərək Ramazan ayında obyektlərindəki təmizlik və texniki göstəricilərinin standartlara uyğun olmasını təmin etməyə, həddindən artıq tullantıların axıdılmasına yol verməməyə çağırırıq."


    Xidmət rəisi bildirib ki, əks halda qanun pozucularına qarşı “İnzibati xətalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qanuni tədbirlər görüləcək.

    Tarix : 30-03-2024, 11:16 | Oxunub: 324