• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İctimai-iaşə obyektlərində növbəti monitorinqlər keçiriləcək

    09

    apr

    İctimai-iaşə obyektlərində növbəti monitorinqlər keçiriləcək

    Ölkə ərazisində fəaliyyət göstərən restoran və ictimai-iaşə obyektlərindən havaya atılan tullantıların mövcud normativlərə uyğunluğunu müəyyən etmək məqsədilə növbəti monitorinqlərə başlanılır. 

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən 14 aprel tarixindən iaşə obyektləri və restoranların ətrafında ölçmə işləri aparılacaq, havaya normadan artıq tullantı atan obyektlər barəsində qanunamüvafiq tədbirlər görüləcək.

    "Restoran və şadlıq saraylarının sahiblərini əvvəlcədən xəbərdar edirik ki,  obyektlərindəki təmizləyici qurğuların texniki çatışmazlıqlarını aradan qaldırsınlar, qurğuların filtrlərini yeniləsinlər".

    Tarix : 9-04-2025, 11:23 | Oxunub: 3 248