• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Son üç gün ərzində bəzi ərazilərdə suvarma işləri, maarifləndirmə və praktik təlimlər keçirilib

    06

    apr

    Son üç gün ərzində bəzi ərazilərdə suvarma işləri, maarifləndirmə və praktik təlimlər keçirilib

    Son üç gün ərzində bəzi ərazilərdə suvarma işləri, maarifləndirmə və praktik təlimlər keçirilib. Təlimlər 03.04.2024-cü il tarixində başlanılıb.

    Ekologiya.az bildirir ki, 03.04.2024-cü il tarixində 6 saylı RMTM-nin Şamaxı meşəbəyliyinin 7 saylı meşə dolayının 21-ci kvartalında   olan meşə əkinlərində mexaniki xidmət işləri və 6.0 ha sahədə  suvarma işləri aparılıb. Növbəti belə tədbirlərdən biri də, 04.04.2024-cü il  tarixində 6 saylı RMTM-nin Qalınçaq meşəbəyliyinin 4 saylı meşə dolayının 18-ci kvartalında oln tinglik sahəsində böyütmə şöbəsində arxla və maşınla suvarma işləri və toxmacarda əl ilə xidmət aparılıb. 05.04.2024-cü il tarixində  isə 6 saylı RMTM-nin əməkdaşları və Şimal-Qərb regional DYNİ-nin DYNŞ-nin əməkdaşları ilə birgə Qalınçaq meşəbəyliyinin 4 saylı meşə dolayında yanğın təhlükəsizliyi ilə bağlı marifləndirmə və praktiki təlimlər keçirilib.

    6 saylı  RMTM dən Ekologiya.az bildirdilər ki, tədbirlər bundan sonra da müntəzəm davam etdiriləcək.



    Tarix : 6-04-2024, 10:17 | Oxunub: 1 921