• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şirvanda Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunan sərgi açılıb

    16

    apr

    Şirvanda Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunan sərgi açılıb

    Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərdəki Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib.


    Şirvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən xəbər görə, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının rəhbərliyi, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, tibb işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb. Sonra Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunan sərgiyə baxış keçirilib. Sərgi ilə tanışlıqdan sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov  çıxış edərək, qayğıkeş həkim, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıb. Dövrün zəngin ədəbi mühitində boya-başa çatan Zərifə xanımın Azərbaycan ziyalısının ən gözəl nümunələrini təcəssüm etdirdiyi,  Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirdiyi vurğulanıb. Həmçinin gənc alim və müəllimlərin, həkim oftalmoloqların yetişməsində, çoxsaylı elmi tədqiqatların, məqalə və monoqrafiyaların hazırlanmasında Zərifə xanımın böyük xidmətləri olduğu qeyd edilib.

    Onun şərəfli adının xalqımızın qəlbində əbədi yaşayacağı diqqətə çatdırılıb. 

    Sonra YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan şəhər 21 nömrəli tam orta məktəbin direktoru Səadət Quliyeva çıxış edərək, Azərbaycan xalqının görkəmli simalarından olan Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıblar. Onun şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu söyləyiblər.

    Tarix : 16-04-2024, 08:49 | Oxunub: 90