• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qubada atmosferi normadan artıq çirkləndirən avtomobillərin sürücüləri barədə tədbirlər görülüb

    22

    apr

    Qubada atmosferi normadan artıq çirkləndirən avtomobillərin sürücüləri barədə tədbirlər görülüb

    Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində “Təmiz hava” aylığı ilə bağlı tədbir keçiriblər.


    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Ekologiya.az-a bildiriblər ki, texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən avtomobillərin sürücüləri barədə tədbirlər görülüb.

    Nasaz nəqliyyat vasitələrinin idarə edilməsinin təhlükəli olduğu sürücülərin diqqətinə çatdırılıb.

    Yol Patrul Xidmətinin əməkdaşları sürücülərlə bu istiqamətdə maarifləndirici söhbətlər aparıblar. Bildirilib ki, xüsusilə sərnişindaşıma ilə məşğul olan sürücülər bu məsələdə daha diqqətli olmalıdırlar.

    Tarix : 22-04-2024, 12:39 | Oxunub: 2 306