• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qubada atmosferi çirkləndirən avtomobillərin sürücüləri barədə inzibati protokollar tərtib edilib

    12

    iyn

    Qubada atmosferi çirkləndirən avtomobillərin sürücüləri barədə inzibati protokollar tərtib edilib

    Quba Rayon Polis Şöbəsinin yol polisi bölməsinin əməkdaşları tərəfindən "Təmiz hava aylığı" çərçivəsində reyd keçirilib.


    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirkləndirilməsinin hazırkı vəziyyətinin öyrənilməsi, eyni zamanda, ətraf mühitə normadan artıq çirkləndirici maddələr buraxan nəqliyyat vasitələrinin aşkar edilməsi və atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin təmin olunmasıdır.


    Reyd zamanı avtonəqliyyat vasitələrinə baxış keçirilib, mühərrikindən ayrılan zərərli maddələrin miqdarı normadan artıq olan nəqliyyat vasitələrinin sürücüləri barədə inzibati protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

    Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər davamlı olaraq həyata keçiriləcək.

    Tarix : 12-06-2024, 17:00 | Oxunub: 1 976