• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılıb

    17

    may

    “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılıb

    Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılması həyata keçirilib.
    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Xaçmaz rayonunun inzibati ərazisindəki akvatoriyasından, Kür çayından və Mingəçevir su anbarından ümumilikdə 940 metr uzunluğunda 15 ədəd sintetik tor və digər ov alətləri aşkar edilərək götürülüb.
    “Təmiz hövzələr” aksiyası çərçivəsində  tədbirlər davam etdirilir. Ekologiya.az

    Tarix : 17-05-2024, 10:52 | Oxunub: 2 804