• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılması həyata keçirilib

    02

    may

    “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılması həyata keçirilib

    Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığılması həyata keçirilib.

    Ekologiya.az bildirir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Kür və Ağstafaçay çaylarından, Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasından, eyni zamanda Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə Xəzərin Astara rayonu akvatoriyasından ümumilikdə 5295 metr uzunluğunda 93 ədəd sintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb. Aksiya çərçivəsində digər su hövzələrində də tədbirlər davam etdirilir.

    Tarix : 2-05-2024, 16:15 | Oxunub: 177