• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar xüsusi mühafizə olunan təbiət ərazilərində müxtəlif tədbirlər keçirilib - FOTO

    25

    may

    Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar xüsusi mühafizə olunan təbiət ərazilərində müxtəlif tədbirlər keçirilib - FOTO

    22 may “Beynəlxalq Biomüxtəliflik Günü” ilə əlaqədar xüsusi mühafizə olunan təbiət ərazilərinin mütəxəssislərinin iştirakı ilə Oğuz şəhər Emin Abdullayev adına Texniki-Təbiət təmayüllü liseydə, Şamaxı rayonu Şəhriyar qəsəbə tam orta məktəbdə, Xızı rayon Altıağac qəsəbə Asim Abdullayev adına tam orta məktəb və Xızı rayon Xələc kənd ümumi orta məktəblərində maarifləndirici tədbirlər keçirilib.

    Eyni zamanda, Şahdağ Milli Parkının Qəbələ bölməsinə Qəbələ rayonu Qəmərvan kənd orta məktəbin şagirdlərinin, İsmayıllı bölməsinə fəal gənclərin, Hirkan Milli Parkına Lənkəran Dövlət Universitetinin, Astara Pedoqoji Kollecin tələbələrinin və Lənkəran şəhər məktəblilərinin, Ağgöl Milli Parkına QHT-lərin və ictimaiyət nümayəndələrinin, Samur-Yalama Milli Parkına Xaçmaz rayon Ləcət kənd orta məktəbin müəllim və şagirdlərinin ekskursiyası təşkil edilib.

    Ekologiya.az

    Tarix : 25-05-2024, 20:25 | Oxunub: 2 521