• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı xəbərdarlıq yaydı

    05

    iyl

    Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı xəbərdarlıq yaydı

    İyulun 6-da Azərbaycan müşahidə ediləcək hava proqnozu açıqlanıb.

     Bu barədə Ekologiya.az-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.

     

    Tarix : 5-07-2024, 13:57 | Oxunub: 2 888