• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb - Dövlət Ekoloji Təhlükəsizlik Xidməti

    01

    okt

    Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb - Dövlət Ekoloji Təhlükəsizlik Xidməti

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri və Neftçala rayonunun inzibati ərazisindəki akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.


    Araşdırma zamanı həmin şəxslərin Bakı şəhər sakini Vüqar Əsgərov, Neftçala rayon sakinləri Məhərrəm Məcidov, Saleh İmanov, Hicran və Rövşən Əliyevlər olduğu müəyyən edilib. Onlardan qanunsuz ovlanmış balıq və istifadəsi qadağan olunmuş ov alətləri aşkar edilərək götürülüb. 
    Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

    Ekologiya.az

    Tarix : 1-10-2024, 18:20 | Oxunub: 1 792