Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Şabran rayonunun inzibati ərazisindəki akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Ekologiya.az xəbər verir ki, araşdırma zamanı həmin şəxslərin Şabran rayonu Hacıqaraqaşlı kəndi sakini Fizuli Mədətov və Şabran şəhər sakini Ziya Mirzəyev olduğu müəyyən edilib. Onlardan qanunsuz ovlanmış balıqlar aşkar edilərək götürülüb.
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.