• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

    12

    okt

    Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

    Ekologiya.az xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən Yekəxana su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Bunu Xidmət rəsmisi Dünya Həsilova bildirib.

    O qeyd edib ki, eyni zamanda Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Xəzər dənizinin Astara şəhəri akvatoriyasında da qanunsuz balıq ovlayan şəxs saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

    “Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

    Tarix : 12-10-2023, 21:26 | Oxunub: 2 443