• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İstanbulda güclü zəlzələ neçə ballıq olacaq? - Seysmoloq  Naci Görür dəhşətli proqnoz verdi

    13

    dek

    İstanbulda güclü zəlzələ neçə ballıq olacaq? - Seysmoloq Naci Görür dəhşətli proqnoz verdi

    “Geologiyada demək olar ki, hər şey ehtimal faizi baxımından müzakirə olunur. Dünyanın necə olacağını dəqiq deyə bilmərik, riyaziyyat kimi deyil”.

    Ekologiya.az bildirir ki, bu sözləri seysmoloq Naci Görür deyib.

    O qeyd edib ki, həmişə “bəlkə” demək lazımdır:

    “Xüsusilə Avropa yaxasında, Haliçdən Silivriyə qədər, Bakırköy və Zeytinburnu kimi dənizə yaxın ərazilər zəlzələdən daha ciddi təsirlənəcək. Çünki zəlzələnin intensivliyi ümumiyyətlə Haliçdən Silivriyə qədər 9 bal gücünə çatacaq. 9 bal gücündə zəlzələnin təsiri altında olmaq o deməkdir ki, hətta çox yaxşı tikilmiş binalar da ciddi ziyan vura bilər./Publika.az

    Həmçinin zəlzələdə ciddi su problemi də yaranacaq. İstanbulda kanalizasiya və içməli su yan-yanadır. Zəlzələ zamanı bunlar qırılır və dağılır, kanalizasiya suları içməli su şəbəkəsinə qarışır. Bu da xəstəliyə və susuzluğa səbəb olacaq”.

    Tarix : 13-12-2023, 17:23 | Oxunub: 2 113