09.10.2024-cü il tarixində sosial şəbəkədə ictimailəşdirilmiş “Sabirabad və Saatlı rayonlarının kəsişməsində yerləşən Axmaz adlanan ərazidə məişət tullantılarının atılması ” məzmunlu məlumat idarə əməkdaşları tərəfindən araşdırılmışdır.
Ekologiya.az bildirir ki, araşdırma zamanı Sabirabad-Novruzlu-Muradbəyli avtomobil yolunun 300 metrlik sol hissəsində tullantıların atılaraq qalaqlanması faktı aşkar edilərək, Saatlı rayonu ərazisinə düşən 95 m və Sabirabad rayonu ərazisinə düşən 205 metrlik hissə Saatlı rayon Novruzlu bələdiyyəsinin və Sabirabad Sanitar Təmizlik Sahəsinin əməkdaşları tərəfindən təmizlənmişdir. Sözügedən ərazilərə nəzarətin gücləndirilməsi məqsədi ilə müvafiq təşkilatlara göstəriş verilmiş, Saatlı və Sabirabad rayon Polis şöbələrinə məktub ünvanlanmışdır.