• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sabirabad RİH-dən açıqlama - FOTO

    20

    yan

    Sabirabad RİH-dən açıqlama - FOTO

    Məlumat üçün bildiririk ki, videomüraciətdə qeyd olunan ərazi Sabirabad şəhərində Ağciyər xəstəlikləri xəstəxanasının keçmiş binasının ərazisidir və 2022-ci ildə vətəndaş tərəfindən özəlləşdirilmişdir.

     Həmin ərazidə ticarət obyektlərinin sahibləri, eləcə də yaxınlıqda yaşayan şəhər sakinləri onlarla aparılan maarifləndirmə işlərinə baxmayaraq məişət tullantılarının yığılması üçün nəzərdə tutulmayan yerlərə məişət tullantılarını atmaqda davam edirlər. 

    Buna baxmayaraq yol kənarında məişət tullantılarının mütəmadi olaraq daşınması, həmin ərazidə təmizlik işlərin aparılması ilə bağlı Sabirabad rayon Sanitar təmizlik sahəsinin rəhbərliyinə tapşırıq verilmişdir. Ümumiyyətlə Sabirabad rayonunda məişət tullantılarının yığılması və daşınması işinin yaxşılaşdırılması, eyni zamanda zibil qutularıının alınması ilə bağlı aidiyyatı qurumlar qarşısında məsələ qaldırılmışdır.




    Tarix : 20-01-2024, 10:50 | Oxunub: 2 392