• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Təmiz Şəhər”: Şuşada tullantılar 4 növdə çeşidlənəcəcək

    15

    okt

    “Təmiz Şəhər”: Şuşada tullantılar 4 növdə çeşidlənəcəcək

    Azərbaycanda ilk dəfə Şuşada tullantılar 4 növdə çeşidlənəcəcək.

    Bunu Ekologiya.az-a “Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarlı deyib.

    O vurğulayıb ki, Tullantıların yığılması məqsədi ilə xüsusi konteynerlər gətirilərək müəyyən olunmuş tullantı meydançalarına yerləşdirilib: "Şuşada pilot olaraq müasir ekoloji və texnoloji yeniliklər nəzərə alınaraq quraşdırılan yeraltı konteynerlər, kağız, şüşə, metal-plastik və qarışıq olmaqla tullantılar 4 növdə çeşidlənəcək"

    O.Cabbarlı xatırladıb ki, Qarabağ sıfır emissiya zonası elan edilib: "Tullantıların düzgün idarə edilməsi vacib məsələdir".

    Qeyd edək ki, Prezident İlham Əliyevin 2 iyul 2022-ci il tarixli Fərmanı ilə işğaldan azad olunan bütün ərazilərdə tullantıların idarə olunması “Təmiz Şəhər” ASC-yə tapşırılıb. Cəmiyyət tərəfindən tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi ilə bağlı infrastrukturun yaradılması üçün bu bölgədə poliqon yerləri müəyyənləşdirilib, alınan yeni texnikalar və avadanlıqlar həmin ərazilərə göndərilir.

    Tarix : 15-10-2024, 12:40 | Oxunub: 1 400