• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Tərtərdə 1 ton pambıq, Goranboyda isə 10 ton ot bağlaması yanıb

    28

    okt

    Tərtərdə 1 ton pambıq, Goranboyda isə 10 ton ot bağlaması yanıb

    Tərtərdə 1 ton pambıq, Goranboyda isə 10 ton ot bağlaması yanıb.


    Fövqəladə Hallar Nazirliyindən Elologiya.az--a bildirilib ki, Tərtər rayonunun Borsunlu kəndində ümumi sahəsi 60 kvadratmetr olan talvarın altında yığılan 1 ton pambıq yanıb. Talvar, pambığın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


    Goranboy rayonunun Qırıqlı kəndində isə həyətyanı sahədə yığılan 10 ton ot bağlaması yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Tarix : 28-10-2024, 08:55 | Oxunub: 1 496