Cəlilabadda ev yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Cəlilabad rayonunun Soyuqbulaq kəndində ümumi sahəsi 96 m² olan birmərtəbəli 4 otaqlı evin konstruksiyaları tamami ilə yanıb.


Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.