Xatıraldaq ki, Prezident İlham Əliyev “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” fərman imzalayıb. Sənədə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” yaradılıb.
Agentlik “Yerin təki haqqında” qanunda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yerin təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentliyin nizamnamə fondu Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun vəsaiti və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansından Agentliyə verilən aktivlər hesabına formalaşdırılır. Agentlik yaranan gündən iş siyasətin prezidentin tələb və göstərişinə uyğun həyata keçirib. Agentliyin rəhbərliyi və kollektivinin gərgin əməyi sayəsində aradan qaldırılan nöqsanlarla yanaşı problemləri saymaqla bitməz. Amma, buna baxmayaraq Agentliyin diqqətindən uzaqda saxlanmağa çalışılan az da olsa nöqsanlar qalmaqdadır.
Beləki, yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsinə paytaxt və bölələrdə sahibkarlar
düzgün əməl edirmi?
Ekologiya.az-ın əməkdaşları Qazax, Şəmkir, Daşkəsən, Tərtər, Ağdam və İmişli rayonlarında olmuşdur.
Qanunla nəzərdə tutulmuş tələblərə, ən əsası da rekultivasiya işlərinin hansı səviyyədə formalaşmasını müşahidə ediblər. Sahibkarlardan bir neçəsi əməkdaşlarımıza görüşüb, şərtlərə uyğun fəaliyyət göstərən ərazini gəzib, açıqlama veriblər: "Müəssisəmiz müqavilə şərtlərinə uyğun fəaliyyət göstərir, qanunla nəzərdə tutulmuş digər tələblər də tam həyata keçirilir. Necə deyərlər iş olan yerdə nöqsanlarımızda mövcud olub, amma zaman - zaman aradan qaldırmağa çalışmışıq və çalışacağıq..."
Bununla yanaşı, əməkdaşlarımız müqavilə əsasında işləyən sahibkarların düzgün iş fəaliyyət və rekultivasiya işlərinin necə aparılması ilə bağlı Agentliklə əlaqə saxlayıb.
Məsələ ilə bağlı Agentlikdən Ekologiya.az-a bildirdilər ki, "sahibkarların işində nöqsanlar və problemlər olub, göstərişlərimiz və tələblərimiz sayəsində həmin hallar dərhal aradan qaldırılıb. COP - 29 öncəsi sahibkarlarla istimai dinləmələr aparıb, marifləndirici tədbirlər də həyata keçirmşik. Bildiririk ki, Agentlik, Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi ilə bağlı mütamadi olaraq çoxşaxəli monitorinqlər aparır. Və bundan sonrada tədbirlərimiz davam etdiriləcək..."
Ekologiya.az
Vasif