• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sumqayıtda dəm qazından KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

    06

    yan

    Sumqayıtda dəm qazından KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

    Sumqayıt şəhərində beş nəfər dəm qazından zəhərlənib.

    Ekologiya.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Kimyaçılar yaşayış massivində qeydə alınıb.

    Sumqayıt şəhər sakinləri - 1969-cu il təvəllüdlü Xankişi Təvəkkül oğlu Ocaqov, onun oğlu, 1993-cü il təvəllüdlü Murad Xankişi oğlu Ocaqov, 1977-ci il təvəllüdlü Ramil Qiyas oğlu Şirinov, onun oğlu, 2012-ci il təvəllüdlü Xəyal Ramil oğlu Şirinov və 1989-cu il təvəllüdlü Elvin Zaman oğlu Mirzəyev dəm qazından zəhərləniblər.

    Onlar dərhal xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

    Tarix : 6-01-2025, 13:41 | Oxunub: 1 544