• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Canavarların ovlanmasına bu səbəbdən rəsmən icazə verilir - AÇIQLAMA

    22

    dek

    Canavarların ovlanmasına bu səbəbdən rəsmən icazə verilir - AÇIQLAMA

    Aİ Komissiyası canavarların beynəlxalq statusunun “ciddi mühafizə olunan” statusundan “mühafizə olunan” statusuna dəyişdirilməsini təklif edərək, onların “əhalinin artması və mənfi təsirləri”ni əsas gətirərək, canavar ovuna icazə vermək üçün ilk addımı atıb.

    Ekologiya.az xəbər verir ki, Komissiya Aİ və onun üzv dövlətlərinin qoşulduğu beynəlxalq Bern Konvensiyası çərçivəsində canavarların mühafizə statusunun dəyişdirilməsi təklifi ilə çıxış edib.

    Təklifin səbəbi kimi “qurd sürülərinin sayının artması, mal-qaraya hücumlar və fermerlərlə ovçular arasında münaqişələr” göstərilib.
    Təkliflə bağlı Aİ Komissiyasının sədri Ursula fon der Leyen deyib: "Canavarların qayıdışı Avropadakı biomüxtəliflik üçün yaxşı xəbərdir. Bununla belə, Avropanın bəzi bölgələrində canavar sürülərinin cəmləşməsi, xüsusən də heyvandarlıq üçün real təhlükəyə çevrilib. ".

    Tarix : 22-12-2023, 08:26 | Oxunub: 1 783