• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qubada dəhşətli QƏZA:  Yaralılar var

    13

    dek

    Qubada dəhşətli QƏZA: Yaralılar var

    Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.

    Ekologiya.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Ə.Nərimanov küçəsində qeydə alınıb.

    Belə ki, VAZ və "Nissan" markalı avtomobillərin toqquşması nəticəsində 27 yaşlı Yardımlı rayon sakini - Heydər Ataşlı, Quba rayon sakinləri - 35 yaşlı Samir Qədirov, 26 yaşlı Emin İsayev, 23 yaşlı Rəsul Rəhimov və 24 yaşlı Aslan Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

    Faktla bağlı araşdırma aparılır.

    Tarix : 13-12-2024, 09:50 | Oxunub: 1 224