• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Baş prokuror Şəmkir rayonunda vətəndaşların müraciətlərini dinləyib

    05

    iyn

    Baş prokuror Şəmkir rayonunda vətəndaşların müraciətlərini dinləyib

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq iyunun 5-də Baş prokuror Kamran Əliyev Şəmkir rayon prokurorluğunun inzibati binasında Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonundan olan vətəndaşlarla görüşüb.

    Baş Prokurorluğun mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, əvvəlcə Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

    Görüşdə iştirak edən 22 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.



    Tarix : Bu gün, 15:30 | Oxunub: 152