Kolumbiyada 5,6 bal gücündə zəlzələ baş verib.

Ekologiya.az xarici mediaya istinadən xəbər verir ki, Kolumbiyanın cənub-qərbində 5,6 bal gücündə zəlzələ baş verib.


ABŞ Geoloji Xidməti (USGS) 5,6 bal gücündə zəlzələnin episentrinin ölkənin cənub-qərbindəki Kartaqo şəhərindən 5 kilometr cənub-şərqdə olduğunu bildirib.

Dərinliyi 60,7 kilometr elan edilən zəlzələdən sonra "sunami" xəbərdarlığı edilməyib.