• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Gömrükdə şok tapıntı: 323 milyonluq meteorit Britaniyaya aparılırmış

    06

    fev

    Gömrükdə şok tapıntı: 323 milyonluq meteorit Britaniyaya aparılırmış

    Sankt-Peterburq limanında gömrük əməkdaşları Aletay dəmir meteoritinin 2,5 tonluq fraqmentinin Rusiyadan Böyük Britaniyaya qanunsuz çıxarılmasının qarşısını alıblar.

    Ekologiya.az Musavat.com-a istinadla xəbər verir ki, yük konteynerlərin skan edilməsi zamanı aşkar edilib.

    Məlumata görə, meteorit fraqmenti Rusiyaya Avrasiya İqtisadi İttifaqına üzv ölkələrdən birindən gətirilib. İxrac zamanı isə yük “landşaft dizaynı üçün heykəl” kimi bəyan edilib. Gömrük orqanları isə onu strateji əhəmiyyətli mal kimi qiymətləndirib.

    Ekspertlərin hesablamalarına əsasən, meteorit fraqmentinin dəyəri 323 milyon rubl təşkil edir. Faktla bağlı strateji əhəmiyyətli malların qaçaqmalçılığı maddəsi üzrə cinayət işi başlanılıb.

    Qeyd olunur ki, meteoritin daşındığı konteynerin kimə məxsus olduğu açıqlanmır. Araşdırmalar davam etdirilir.

    Tarix : 6-02-2026, 10:30 | Oxunub: 1 456