• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda COP29-un uğurlu olacağından əminəm - Jan Kavan

    15

    mar

    Azərbaycanda COP29-un uğurlu olacağından əminəm - Jan Kavan

    Azərbaycanda COP29-un uğurlu olacağına böyük inamım var.

    Bu barədə Trend-ə BMT Baş Assambleyasının 57-ci sessiyasının prezidenti Jan Kavan XI Qlobal Bakı Forumunda deyib.

    O, COP29-a böyük ümidlər bəslədiyini vurğulayıb.

    "Əvvəlki iki tədbirdə yekun nəticəyə çatdırılmamış məsələlər qaldırılıb. Bu səbəbdən düşünürəm ki, indi Azərbaycan bunu məntiqi sona çatdırmalıdır. Bu, çətin olacaq, çünki bir çoxları öz üzərinə məsuliyyət götürmək istəmir. Lakin düşünürəm ki, Azərbaycan bu problemlərin həlli üçün çox yaxşı mövqedədir", - o deyib.

    XI Qlobal Bakı Forumundan danışan Jan Kavan iştirakçıların həll edilməli çox ağrılı, həssas mürəkkəb məsələlər barədə açıq danışdıqlarını qeyd edib.

    "Çox şadam ki, Azərbaycan görüşmək, təcrübə mübadiləsi aparmaq və hər hansı həllər təklif etməyə çalışmaq üçün bizə bu platformanı təqdim edib", - o deyib.

    Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də, keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

    (Tərcümə: Rəna Əbdürəhmanova)



    Tarix : 15-03-2024, 11:49 | Oxunub: 72