• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qazaxıstan dövlət gerbini dəyişməyə hazırlaşır

    15

    mar

    Qazaxıstan dövlət gerbini dəyişməyə hazırlaşır

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin yeni dövlət gerbinin hazırlanması üçün müsabiqə elan etməyi təklif edib.

    O bu barədə Qazaxıstanda keçirilən milli qurultayda çıxışı zamanı deyib.

    “Dövlət gerbi ilə bağlı mütəxəssislərin, bununla maraqlanan vətəndaşların, o cümlədən gənclərin əsaslı arqumentlərinin nəzərə alınmasını məqsədəuyğun hesab edirəm”, - deyə K.J.Tokayev bildirib.

    Qazaxıstan Prezidenti vurğulayıb ki, hazırda mövcud olan Qazaxıstanın gerbinin qavranılması çox çətindir, onda eklektizmin və sovet dövrünün əlamətləri var.

    Mənbə: Akorda.kz

    Ekologiya.az

    Tarix : 15-03-2024, 17:19 | Oxunub: 114