• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Orta Dəhliz qarşılıqlı əlaqələr çərçivəsində çox mühüm layihədir - Kayrat Sarıbay

    18

    apr

    Orta Dəhliz qarşılıqlı əlaqələr çərçivəsində çox mühüm layihədir - Kayrat Sarıbay

    Orta Dəhliz qarşılıqlı əlaqələr çərçivəsində çox mühüm layihədir.

    Bu barədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay brifinqdə deyib.

    "Qarşılıqlı əlaqələr konsepsiyası çox mühüm əhəmiyyət kəsb edir. Qarşılıqlı əlaqələr pandemiya dövründə, eləcə də, münaqişələrlə əlaqədar olaraq ciddi sınaqlara məruz qalıb.

    Bu baxımdan, Orta Dəhliz olduqca mühüm layihədir. Layihənin iştirakçıları strateji yanaşmaya malikdir. Məhz rəqabət qabiliyyəti və diversifikasiya qarşılıqlı əlaqələrin mühüm aspektləridir", - o deyib.

    Onun sözlərinə görə, Azərbaycan qarşılıqlı əlaqələr mövzusuna xüsusi diqqət yetirir və bu istiqaməti inkişaf etdirməyə davam edəcək.

    Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

    Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

    Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.

    Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

    (Tərcümə: Rəna Əbdürəhmanova)

    Tarix : 18-04-2024, 13:53 | Oxunub: 66