• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

    18

    apr

    COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

    İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayla görüşüb.


    İqtisadiyyat Nazirliyindən Ekologiya.az-a bildirilib ki, görüşdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyin Azərbaycana keçməsindən məmnunluq ifadə olunub.

    Tərəflər COP29 çərçivəsində tərəfdaşlıq imkanları, Azərbaycanın AQEM-də, o cümlədən AQEM-in İşgüzar Şurasında sədrliyinin prioritetləri, 2024-cü ilin 4-cü rübündə Bişkekdə keçirilməsi planlaşdırılan İşgüzar Şuranın yeddinci plenar sessiyasına və doqquzuncu biznes forumuna hazırlıq, bununla yanaşı regional iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparıblar.

    Tarix : 18-04-2024, 20:57 | Oxunub: 108