• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • COP29 vasitəsilə xarici media Azərbaycanın gördüyü işlərdən xəbərdar olacaq - Jean de Brabander

    24

    apr

    COP29 vasitəsilə xarici media Azərbaycanın gördüyü işlərdən xəbərdar olacaq - Jean de Brabander

    Azərbaycanda keçiriləcək COP29-un nə dərəcə əhəmiyyətli olduğu barizdir.

    Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Belçika Hüquqşünaslar və Vasitəçilər assosasiyasının üzvü Jean de Brabander deyib.

    O qeyd edib ki, bu tədbir vasitəsilə xarici media da Azərbaycanın gördüyü işlərdən xəbərdar olacaq.

    “Azərbaycanın yanacaq istehsal edən ölkə olaraq COP29-a necə ev sahibliyi edəcəyi müzakirə edilir. ğBir məsələ aydın olmalıdır ki, Azərbaycan yaşıl enerjiyə keçid mövzusundə üzərinə məsuliyyət götürüb. Bu məsələyə ciddi şəkildə fokuslanıb”,- deyə o bildirib.

    Qeyd edək ki, COP29 konfransının Azərbaycanda keçirilməsi barədə qərar rəsmi olaraq 11 dekabr 2023-cü ildə Dubayda elan edilib. Azərbaycan bu ilin noyabrında tədbirə ev sahibliyi edəcək.

    Tarix : 24-04-2024, 09:10 | Oxunub: 1 779