• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycan COP29-a ev sahibliyi edərək, iqlim dəyişikliyinə öz töhfəsini verəcək - Xorvatiyanın sabiq prezidenti

    16

    mar

    Azərbaycan COP29-a ev sahibliyi edərək, iqlim dəyişikliyinə öz töhfəsini verəcək - Xorvatiyanın sabiq prezidenti

    Azərbaycanın ev sahibliyi edəcəyi COP29 olduqca əhəmiyyətli tədbirdir.

    Bunu Trend-ə açıqlamasında Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç deyib.

    O qeyd edib ki, Azərbaycan hər zaman beynəxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edib.

    “Dünyanın müxtəlif yerlərindən dövlət və hökümət rəsmiləri Azərbaycana gələrək, COP29-da iştirak edəcək. Bunun özü də böyük göstəricidir. Bu təbdirdə baş tutacaq müzakirə və danışıqların nəticələri bütün dünya, insanlıq və bəşəriyyət üçün faydalı olacaq.

    İnanıram ki, Azərbaycan COP29-a ev sahibliyi edərək, iqlim dəyişikliyinə öz töhfəsini verəcək”,- deyə o bildirib.

    Qeyd edək ki, COP29 11-12 noyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək.

    Xatırladaq ki, COP29 konfransının Azərbaycanda keçirilməsi barədə rəsmi qərar 2023-cü il dekabrın 11-də Dubayda elan olunub.

    Ekologiya.az

    Tarix : 16-03-2024, 11:26 | Oxunub: 231