• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • BMT rəsmisi: Biz iqlim dəyişikliklərinin təsirini araşdırıb müzakirələr aparmışıq

    27

    iyn

    BMT rəsmisi: Biz iqlim dəyişikliklərinin təsirini araşdırıb müzakirələr aparmışıq

    Biz iqlim dəyişikliklərinin təsirini araşdırıb müzakirələr aparmışıq.

    "Report" xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen ekologiya və
    təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevlə birgə keçirdiyi brifinqdə deyib.

    "Azərbaycan biomüxtəlifliyin qorunması baxımından böyük işlər görür. Düşünürəm ki, biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik"- deyə BMT rəsmisi deyib.

    O bildirib ki, Azərbaycan tullantılarının yenidən məhsula çevrilməsi üçün ciddi işlər görür: "Biz bu işləri təqdir edirik və öz təcrübələrimizi də bölüşməyə davam edəcəyik".

    Tarix : 27-06-2024, 16:10 | Oxunub: 2 048