• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycan və UNEP ətraf mühitin mühafizəsi ilə bağlı birgə layihələr həyata keçirəcək

    27

    iyn

    Azərbaycan və UNEP ətraf mühitin mühafizəsi ilə bağlı birgə layihələr həyata keçirəcək

    2026-cı ildə ətraf mühitin mühafizəsi ilə əlaqədar BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə birgə layihələr həyata keçiriləcək.

    Ekologiya.az xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev Azərbaycanda səfərdə olan BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersenlə keçirdiyi brifinqdə deyib.

    Onun sözlərinə görə, Azərbaycanın gördüyü işlər də layihə çərçivəsində işıqlandırılacaq: "Azad edilmiş ərazilərdə tikinti tullantılarının utilizasiyası, onların yenidən istifadəsi üçün BMT-nin Ətraf Mühit Proqramı (UNEP) dəstəyi ilə işlər həyata keçirmək üçün müzakirələr aparılıb. Bununla bağlı işlər daha çox Ağdamda görülüb. Hazırda bu istiqamətdə işlər davam etdirilir".

    Tarix : 27-06-2024, 16:36 | Oxunub: 3 272