• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Baronessa Patrisiya Skotland: COP29-da mühüm uğur əldə etdik

    05

    dek

    Baronessa Patrisiya Skotland: COP29-da mühüm uğur əldə etdik

    Millətlər Birliyi təşkilatının (Commonwealth of Nations) Baş katibi, Baronessa Patrisiya Canet Skotland AZƏRTAC-a açıqlamasında COP29-un nəticələrini dəyərləndirib.

    O, COP29 çərçivəsində iqlim maliyyələşdirilməsi üçün ayrılan məbləğin üç dəfə artırılaraq 300 milyard dollara çatdırılmasını uğur adlandırıb:

    “COP29-da mühüm uğur əldə etdik. Bu proses çətin və zəhmət tələb edirdi, lakin maliyyə məbləğini üç dəfə artıraraq 300 milyard dollara çatdırmağı bacardıq. Bu, kifayətdirmi? Xeyr. Daha çox maliyyəyə ehtiyacımız varmı? Əlbəttə. Lakin bu irəliləyiş əvvəlki vəziyyətimizi yaxşılaşdırır və yekun uğura aparan yolda mühüm bir mərhələdir”, - deyə Patrisiya Skotland bildirib.

    Baronessa vurğulayıb ki, hər hansı bir COP çərçivəsində ilk dəfə olaraq kiçik ada dövlətləri üçün xüsusi sammit keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin də qatıldığı bu tədbirdə kiçik ada dövlətlərinin liderləri iqlim dəyişikliyinin onların ölkələri və dünya üçün yaratdığı həyati təhlükələri müzakirə ediblər.

    Patrisiya Skotland fikirlərini Azərbaycanın COP29-un təşkilində göstərdiyi səylərə təşəkkür etməklə tamamlayıb.

    Tarix : 5-12-2024, 20:20 | Oxunub: 1 176