• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • GECF-in baş katibi: "COP29 böyük uğur qazanacaq"

    05

    iyn

    GECF-in baş katibi: "COP29 böyük uğur qazanacaq"

    Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) böyük uğur qazanacaq.

    "Report" xəbər verir ki, bunu əminliklə Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF) Mohamed Hamel bu gün keçirilən Bakı Enerji Forumunun I günündə "Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq" mövzusunda plenar müzakirələrdə bildirib.

    O qeyd edib ki, COP29 mühüm məsələlərin müzakirəsi və vacib qərarların alınması baxımdan mühüm platformadır: "Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev ilə görüşümdə də bununla bağlı söhbətimiz oldu. İnanıram ki, bu mötəbər tədbirdə atılacaq addımlar enerji keçidinə mühüm töhfələr verəcək".

    Tarix : 5-06-2024, 13:29 | Oxunub: 2 528