• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycan XİN başçısının müavini “COP29”un yekunlarına dair paneldə iştirak edib

    17

    fev

    Azərbaycan XİN başçısının müavini “COP29”un yekunlarına dair paneldə iştirak edib

    Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “Belemə gedən “COP30” yolu: “COP29”un nəticələri və gələcəyə baxış” adlı panel müzakirələrində iştirak edib.

    Musavat.com xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

    “Deloitte” şirkəti tərəfindən təşkil olunan müzakirələr Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

    “Bakıda qəbul edilmiş və Bakı İqlim Alyansının himayəsi altında təsdiq edilmiş əsas qərarlar, COP29 ərəfəsində mürəkkəb geosiyasi mühit fonunda iqlim danışıqları tarixində uğurlu dönüş nöqtəsi olub. Növbəti addımda biz COP30-un uğurla keçirilməsi üçün braziliyalı həmkarlarımızı dəstəkləməyə və onlarla əməkdaşlıq etməyə hazırıq”, - deyə Yalçın Rəfiyev vurğulayıb.

    Tarix : 17-02-2025, 08:52 | Oxunub: 896