• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xankəndidə yollar qardan təmizlənir

    22

    fev

    Xankəndidə yollar qardan təmizlənir

    Xankəndidə iki gündür yağan qarın və şaxtalı havanın yollarda nəqliyyatın hərəkətini çətinləşdirməməsi üçün lazımi tədbirlər görülür.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin müvafiq strukturu prosesə cəlb olunub. Yollarda piyadaların və avtomobillərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlərə başlanıb. Yollara duz və qum səpilir. Şəhərin küçə və prospektlərində, səkilərdə qarın təmizlənməsi işlərinə xeyli sayda texnika və işçi qüvvəsi cəlb edilib.

    Qarlı hava şəraitinin davam edəcəyi günlər boyunca yolların təmizlənməsi işləri həyata keçiriləcək.

    Havaların qarlı və şaxtalı keçməsinə baxmayaraq, şəhərin içməli su, işıq və qaz təchizatında heç bir problem yoxdur.

    Tarix : 22-02-2025, 13:55 | Oxunub: 904