Ağdamda qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yollarda hərəkətin fasiləsizliyini təmin etmək məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir.


Ekologiya.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin müvafiq strukturunun texnikaları ilə yollar qardan təmizlənir, qum-duz qarışığı səpilir.