• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İcra başçsının rəis təyin etdiyi şəxs 37 min manatlıq zibil konteyneri alıb

    06

    iyn

    İcra başçsının rəis təyin etdiyi şəxs 37 min manatlıq zibil konteyneri alıb

    Şabran Rayon Yaşıllıq və Təmizlik İdarəsi məişət tullantılarının yığılması üçün dəmir zibil konteynerlərinin satın alınması məqsədilə fiziki şəxs Çingiz Minacəddin oğlu Əliyev ilə satınalma müqaviləsi bağlayıb.

    Ekologiya.az  xəbər verir ki, müqaviləyə əsasən, idarə üçün üzərində qurumun adı qeyd olunacaq və xüsusi ardıcıllıqla nömrələnəcək 90 ədəd yaşıl rəngli, pas əleyhinə örtüklü və 1100 litr həcmli dəmir zibil konteyneri tədarük ediləcək. Şabran rayonunun təmizlik və sanitariya infrastrukturunun gücləndirilməsi məqsədilə imzalanmış bu satınalma müqaviləsinin ümumi maliyyə məbləği rəsmi olaraq 36 min 900 manat (36.900 AZN) təşkil edir.

    Xatırladaq ki, Şabran Rayon Yaşıllıq və Təmizlik İdarəsi, Şabran Rayon İcra Hakimiyyətinin tabeliyində (və ya İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin strukturunda) fəaliyyət göstərir. Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovdur, rayonun təmizlik işlərinə məsul olan Yaşıllıq və Təmizlik İdarəsinin rəisi Cəfər Cəfərovdur. 32gun.az

    Tarix : Bu gün, 11:34 | Oxunub: 728