• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Gecə və səhər bəzi yerlərdə yollar buz bağlayacaq - PROQNOZ

    26

    fev

    Gecə və səhər bəzi yerlərdə yollar buz bağlayacaq - PROQNOZ

    Fevralın 27-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimalı var. Günün ikinci yarısında tədricən kəsiləcək. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə və gündüz 1-3° şaxta təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz, gündüz 60-65 faiz olacaq. Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı proqnozlaşdırılır.


    Tarix : 26-02-2025, 16:39 | Oxunub: 1 048