• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ekokönüllülər tərəfindən 57 kq işlənmiş batareya təhvil alınıb

    27

    mar

    “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ekokönüllülər tərəfindən 57 kq işlənmiş batareya təhvil alınıb

    İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ekokönüllülər tərəfindən növbəti dəfə işlənmiş batareyalar təhvil götürülüb.

    Könüllülər İqtisadiyyat Nazirliyi tabeliyində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzindən, “Bakı Metropoliteni” QSC-nin inzibati binasından, “Bravo” supermarketlər şəbəkəsinin 28 Mall və Gənclik Mall filiallarından ümumilikdə 57 kq işlənmiş batareya toplayaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil veriblər.

    Hər kəsi ətraf mühitin qorunmasına, tullantıların düzgün idarə edilməsinə yönəlmiş belə təşəbbüslərdə aktiv iştiraka çağırırıq.Ekologiya.az

    Tarix : 27-03-2025, 11:50 | Oxunub: 1 144